Tovuzda ana və qızı dəm qazından zəhərləndi
25 dekabr 2016 20:46 (UTC +04:00)

Tovuzda ana və qızı dəm qazından zəhərləndi

0

Tovuzda dəm qazından zəhərlənmə olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Bəndəliyeva Vəsilə və onun qızı, 2003-cü il təvəllüdlü Bəndəliyeva Tamella dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

 

Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və qız yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar