Tovuz rayonunda yol qəzası baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, “VAZ 2102” markalı avtomobil “Niva” markalı avtomaşınla toqquşub. Toqquşmadan sonra “VAZ” avtomobili aşıb.
Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Faklta bağlı araşdırma aparılır.