Güneyli şair, yazıçı İlqar Müəzzinzadə həbs olunub.
Lent.az-ın «Oyannews»-a istinadən məlumatına görə, ETTELAAT-ın Güney Azərbaycanın Meşginşəhr şəhərindəki (Xiyav) şöbəsinin əməkdaşları İlqar Müəzzinzadəni fevralın 23-də tutub.
Onun tutulması səbəbi haqda rəsmi məlumat yoxdur. Bununla belə İ.Müəzzinzadənin yaxınları ehtimal edir ki, məhkəmənin ötən çıxardığı qərara əsasən, cəzasını çəkmək üçün o, zindana salınıb.
Mənbə xatırladıb ki, İlqar Müəzzinzadə 2013-cü ilin avqustunda Təbriz məhkəməsi İlqar Müəzzinzadəni «qanunsuz yığıncaqlarda iştirak etməkdə» və rejimə «qarşı təbliğat aparmaqda» «təqsirli bilərək» 27 ay iş kəsmişdi.
O, Təbrizin mərkəzi həbsxanasında 84 gün saxlanandan sonra mülk girovu qarşılığında zaminə buraxılmışdı.