İranın “Kiş Air” şirkətinin həyata keçirəcəyi Təbriz-Bakı-Təbriz aviareysi ləğv edilib.
Lent.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan dekabrın 14-də Bakı vaxtı ilə səhər saat 08:00-da Bakıdan həyata keçirilməli olan reys Təbrizdə pis hava şəraitinə görə yerinə yetirilməyib.
Hava şəraiti əlverişli olarsa, uçuş dekabrın 15-də həyata keçiriləcək.