Dekabrın 21-də Səbail rayonu Nizami küçəsində mənzildə partlayış olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin küçədə yaşayan Məhərrəm Abışovun mənzilində təbii qazın sızmasından ani partlayış baş verib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb, mətbəxin pəncərə şüşələri sınıb.
Qeyd edək ki, Səbail rayonunda yerləşən Nizami küçəsi həm də Tarqovı məhəlləsi adı ilə də məşhurdur.