Yanvarın 6-da, Əfqanıstanın Helmand vilayətində polis idarəsinin yanında terror aktı həyata keçirmək istəyən 8 - 10 yaşarası qız saxlanılıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qızçığazı buna Talibanın döyüş komandirlərindən biri olan qardaşı vadar edib.
Polis yaxınlaşan zaman qızın qardaşı hadisə yerindən qaçıb. Onun «Taliban» hərəkatının üzvü olduğu bildirilir.
Polis onu saxlayarkən belində partlayıcı kəmər aşkar edilib.
Uşaq hazırda şok vəziyyətindədir, ifadə verə bilmir.
Daxili işlər nazirliyinin nümayəndəsi Sədiq Sədiqinin sözlərinə görə o bazar günü axşam Helmand əyalətində özünü polis şöbəsində partlatmalı imiş, amma bunu edə bilməyib.
Hərbi mənbələr bildirib ki, son bir ildə taliban bir neçə dəfə uşaqlardan canlı bomba kimi istifadə edib.