Sumqayıtda dini qruplaşma lideri həbs edilib - YENİLƏNİB
28 dekabr 2013 13:28 (UTC +04:00)

Sumqayıtda dini qruplaşma lideri həbs edilib - YENİLƏNİB

Onunla yanaşı, dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub


Daxili İşlər Nazirliyi Sumqayıtda həyata keçirilən sonuncu həbslərlə bağlı açıqlama yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak edən şəhər sakinləri Elçin Əkbərov və əvvəllər məhkum olunmuş Vüqar Abdullayev tutulublar.  

 

V. Abdullayevin evinə baxış zamanı oradan baraban tipli tapança, 47 ədəd müxtəlif çaplı patron, 2 bıçaq, 1 ədəd dəmir dəyənək, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 134 ədəd dini ədəbiyyat və 81 disk aşkar edilərək götürülüb.

 

Bununla da dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı tutulanların sayı 16-a çatıb.

 

***

12.35

Sumqayıtdakı olayla bağlı tutulanların sayı 15-ə çatdı

Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı daha bir nəfər yaxalanıb. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda “Vəhhabilər”in lideri kimi tanınan, 1979-cu il təvəllüdlü Əkbərov İlkin Əkbər oğlu saxlanılıb.

 

İ. Əkbərovun Azərbaycandan İrana keçmək istəyərkən saxlanıldığı bildirilir.

 

 

Qeyd edək ki, İ.Əkbərovun tutulması ilə məlum hadisə ilə bağlı yaxalananların sayı 14-ə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1985
avatar

Oxşar yazılar