APA TV-nin məlumatına görə, saxlanan şəxslərdən birinin vəkili Fariz Namazlının verdiyi məlumata görə, hadisə günü atışmada xəsarət alan Elnur Nəzərəliyev də yaralı halda xəstəxanadan Sumqayıt şəhər Məhkəməsinə gətirilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.3-cü maddəsi üzrə cinayət işi başlanıb. Vəkilin sözlərinə görə, hələlik bununla bağlı onlara əlavə ittiham elan edilməyib: “Ancaq ehtimal edirik ki, təqsirləndirilən şəxslərə əlavə ittihamlar da irəli sürüləcək”.
Qeyd edək ki, dekabrın 11-də Sumqayıtda “xəvarici”lərlə "sələfi"lər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.