Sumqayıtda oğurluqla məşğul olan şəxslər tutuldu
28 noyabr 2016 15:55 (UTC +04:00)

Sumqayıtda oğurluqla məşğul olan şəxslər tutuldu

Sumqayıtda oğurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 17-də oğurluq etdiyinə görə tutulmuş Rüfət Rəhimovun ətrafında Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 31-dən avqustun 28-dək olan müddətdə Sumqayıt şəhər sakinləri olan 5 nəfərdən pul və mobil telefonlar oğurlaması da müəyyən edilib.

 

Bundan başqa Sumqayıt ŞPİ  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da şəhər sakini Fəridə Əmirovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən həmyerlisi Eldar Quliyev tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar