Sumqayıtda və Şabranda yanğın olub
30 dekabr 2016 08:40 (UTC +04:00)

Sumqayıtda və Şabranda yanğın olub

Şabran rayonunun Şahnəzərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan yarımtikilinin tavanı 8 m2 sahədə yanıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yarımtikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

 

Sumqayıt şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan  birmərtəbəli 2 otaqlı evin hamamının lambirdən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb. Evin qalan hissəsi  yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar