Siyəzəndə iki yük maşını toqquşdu: yaralılar var
16 dekabr 2013 16:28 (UTC +04:00)

Siyəzəndə iki yük maşını toqquşdu: yaralılar var

Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 97-ci kilometrliyində, Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1952-ci il təvəllüdlü Tovuz rayon sakini İskəndərov Sabir Tapqıd oğlu idarə etdiyi “KamAZ” markalı yük maşını yolun kənarında hərəkətsiz dayanan “Shackman” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “KamAZ”-cın sürücüsü S.İskəndərov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olan sürücü paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

# 492
avatar

Oxşar yazılar