Şirvanda zəncirvari qəza, iki yaralı var
17 noyabr 2013 21:48 (UTC +04:00)

Şirvanda zəncirvari qəza, iki yaralı var

Şirvan şəhəri ərazisində zəncirvari yol qəzası baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində qeydə alınıb. Belə ki, Şirvan sakini, 1978-ci il təvəllüdlü Qurbanov Rəşad Kamil oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Sabirabad rayon, Nizami kənd sakini, 1982-ci il təvəllüdlü Əmiraslanov Rüfət Oktay oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

 

Toqquşma zamanı zərbənin gücündən "VAZ 2106" markalı avtomobil yolun kənarında dayanan yük maşınına çırpılıb. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "VAZ 2106" markalı avtomobilin sürücüsünün diqqətsizliyi səbəb olub. O, ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.

# 982
avatar

Oxşar yazılar