<b>Şirvanda ölən piyadanın kimliyi bəlli oldu</b> - <span style="color:red;">YENİLƏNİB
13 noyabr 2016 23:05 (UTC +04:00)

Şirvanda ölən piyadanın kimliyi bəlli oldu - YENİLƏNİB

0

Bu axşam Şirvan şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi  saat 21.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

 

Şirvan sakini, 1979-cu il təvəllüdlü Qarayev Şahin Zülfəli oğlu idarə etdiyi  “VAZ 2106”  markalı 18 BC 568 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1939-cu il təvəllüdlü Hüseynova Gülnaz Kərim qızını yolu keçərkən vurub. 

 

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

 Faktla bağlı  Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb,  araşdırma aparılır.

 

***

 

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün axşam  saatlarında “VAZ 2106”  markalı avtomobil  şəxsiyyəti hələ ki müəyyənləşdirilməyən qadını vurub .

 

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı  Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb,  araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar