"Dərbənd" dövlət sərhədinin dəmiryol keçid məntəqəsində Rusiya sərhədçiləri saxta pasportla dövlət sərhədini keçmək istəyən Azərbaycan vətəndaşını saxlayıblar. Dağıstan Respublikasının Federal Təhlükəsizlik Bürosunun sərhəd idarəsinin yaydığı məlumata görə, Moskva-Bakı xətti üzrə hərəkətdə olan qatarın sərnişini sərhədçilərə qismən saxtakarlıq əlamətləri olan xarici pasport təqdim edib. APA TV-nin xəbərinə görə, yoxlanış zamanı məlum olub ki, pasportdakı səhifələrin bir hissəsi dəyişdirilib. Saxlanılan şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin cinayətə təşəbbüs və dövlət sərhədini qanunsuz keçmə maddələri ilə cinayət işi açılıb. Sözügedən cinayətə görə, azadlıqdan məhrum etmə və ya 2 il müddətinə icbari iş cəzaları nəzərdə tutur.