Dövlət Sərhəd Xidmətinin tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin və Dövlət Sərhədindən Buraxılış Məntəqələrində sərhəd rejiminin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.
DSX-dan Lent.az-a verilən məlumata görə, qurum əməkdaşları tərəfindən növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsinin qarşısı alınıb.
Belə ki, noyabrın 8-də “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportic” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstan Respublikasına keçirmək istəyərkən saxlanılıb.
Qeyd edək ki, faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.