Bu gün Şəmkir rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafzə olunub.
Yanğın saat 16:39-də yanğınsöndürənlər tərəfindən söndürülüb.