Şəmkirdə GÜCLÜ YANĞIN: mebel sexi külə döndü
17 dekabr 2013 16:30 (UTC +04:00)

Şəmkirdə GÜCLÜ YANĞIN: mebel sexi külə döndü

Şəmkir rayonunda güclü yanğın olub. Könüllü kənd sakini Hüseyn Məmmədova məxsus ümumi sahəsi 600 kv.m olan birmərtəbəli mebel sexinin yanar konstruksiyaları və içərisində təmirə yığılmış köhnə mebellər 200 kv.m sahədə yanıb. Dərhal Hadisə yerinə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 20-dən artıq canlı qüvvəsi  cəlb olunub. Yanğına vaxtında müdaxilə nəticəsində alovun yardımçı tikililərə və qonşu evlərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmasada sexin yarı hissəsi  yararasız hala düşüb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı tikilinin tavan hissəsi tamamilə çöküb.

 

APA TV-nin xəbərinə görə, yanğına qısa qapanmanın səbəb olduğu bildirlir. Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar