Şəmkir rayonunda iki piyadanın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ 21015 və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, magistral yolla hərəkət edən VAZ 2107-nin sürücüsü maşını ətrafa yığılan vətəndaşların üstünə sürüb. Nəticədə iki nəfər piyada müxtəlif bədən xəsarətləri alıb. Onlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən VAZ 2107-nin sürücüsünün tapılması istiqamətində tədbirlər həyata keçirilir.