Şəkidə üçotaqlı ev yanıb
11 dekabr 2016 16:41 (UTC +04:00)

Şəkidə üçotaqlı ev yanıb

0

Şəki rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Aşağı Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar