Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, 1982-ci il təvəllüdlü Balacayev Rövşən Alıbəy oğluna məxsus "Hyundai" markalı minik avtomobili rayon mərkəzindən 10 km aralıda yerləşən İncə kəndində körpünün üzərindən çayın kənarına yuvarlanıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə avtomobilin sürücüsü R.Balacayev aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən meyit müxtəlif kəsici alətlərdən istifadə edilməklə, avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.