Şəkidə baş verən ağır yol qəzasında yaralananlardan biri Rusiya vətəndaşıdır.
Şəki MRX-dan APA-ya bildirilib ki, qəza nəticəsində ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 1963-cü ildə Yevlax rayonunda doğulan İsa Hilal oğlu Abbasov Rusiya Federasiyasının Primorski diyarında qeydiyyatdadır və o, Rusiya vətəndaşıdır.
***** 20.49
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələki sürücülərinin şəxsiyyəti dəqiqləşməyən “Mercedes” və “Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, digərləri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.
Yaralılardan 3 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər isə Şəki MRX-a aparılıb.
Şəki MRX-dan APA-ya bildirilib ki, yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.