Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 153 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.