Samuxda qanunsuz ov edən şəxslər saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Samux rayonunun Hacallı kəndində qanunsuz ov etdikləri üçün Gəncə şəhər sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov RPŞ əməkdaşları tərəfindən saxlanılıblar.
M.Vəliyevin idarə etdiyi "Lada" markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi və 48 ədəd patron aşkar edilərək götürülüb.