Samuxda 5 otaqlı ev yandı
07 aprel 2017 22:22 (UTC +04:00)

Samuxda 5 otaqlı ev yandı

Samuxda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Samux rayonu, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 147 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 147 m2, 2 otağının yanar konstruksiyaları 56 m2 və otaqların döşəməsi 1 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar