Samux sakini hündürlükdən yıxıldı, xəsarət aldı
19 dekabr 2016 01:09 (UTC +04:00)

Samux sakini hündürlükdən yıxıldı, xəsarət aldı

0

Samux rayon sakini bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Çobanabdallı kənd sakini, 1988-ci il təvəllüdlü Elsevər Məhərrəmov sol bazunun və bel nahiyyəsinin kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. E.Məhərrəmovun dediyinə görə, o, hündürlükdən yıxılıb və dəmir parçası ona xəsarət yetirib.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar