Şamaxıda bankomat soydular
17 noyabr 2013 12:55 (UTC +04:00)

Şamaxıda bankomat soydular

Şamaxı rayonunun Göylər kəndində oğurluq hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə kəndin mərkəzində yerləşən qarışıq mallar mağazada qeydə alınıb. Naməlum şəxslər mağazanın pəncərəsindəki dəmir çərçivəni sındıraraq içəri daxil olub və orada mövcud olan bankomatın arxasındakı pul seyfinin qapısını özləri ilə gətirdikləri qaynaq aparatı ilə əridiblər. Seyfi açan oğrular içindəki pulları götürüblər və izi itirmək məqsədi ilə mağazanı yandırıblar. Qarətçilər özləri ilə gətirdikləri qaynaq aparatını və qaz balonunu da işlək vəziyyətdə qoyaraq mağazanı tərk ediblər.

 

Oğurluq hadisəsinin yeganə şahidi olan bankomatın və mağazanın təhlükəsizlik kameraları da yararsız hala salınıb. Bundan başqa mağaza sahibinin sözlərinə görə, qarətçilər bankomatdan götürdükləri pullardan başqa onun əmlakına da 5000 manat maddi ziyan vurublar. Belə ki, oğrular mağazadan bir necə geyim əşyası, qida məhsulları, telefon danışıq kartları da aparıblar. Bankomatda nə qədər pulun olduğu və oğurluğun kimlər tərəfindən həyata keçirildiyi hələ ki, məlum deyil. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1693
avatar

Oxşar yazılar