Salyanda asılmış vəziyyətdə kişi meyiti aşkar edilib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon prokurorluğundan m’lumat verilib. Avqustun 16-da Salyan rayonunun Quyçu kəndi ərazisində yerləşən pay torpaqlarında ağacdan asılmış kişi meyiti aşkar edilib. Meyit ekspertiza üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Eyni zamanda meyitin kimə məxsus olduğu da müəyyən edilməyib. Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.