Bu gün Salyan rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ələt-Astara yolunun 35-ci kilometrliyində vətəndaşa məxsus "Cherry" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış halda qalan sürücü və 1 nəfər sərnişini çıxararaq Təcili Tibbi Yardım həkimlərinə təhvil veriblər. Əməliyyat saat 13:32-də başa çatıb.