Salyan sakinindən narkotik vasitə olan tiryək götürülüb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon polis şöbəsindən verilən xəbərə görə, rayon polis şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Salyan şəhər sakini, 24 yaşlı Əvəzağa Vaqif oğlu İbrahimov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman üstündən 21 qram narkotik vasitə olan tiryək aşkar edilib. Əvəzağa İbrahimov mərhum əmisinə məxsus olan narkotikdən ağrılarını kəsmək üçün istifadə etdiyini bildirib.
Faktla bağlı Salyan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinə başlanılıb, araşdırma aparılır.