Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə sabah baxılacaq.
Bu barədə APA-ya Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil apellyasiya şikayətinə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacağını deyib.
Qeyd edək ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilir. Bakı Hərbi Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.