Tanınmış rejissor Şahin Zəkizadə vəfat etdi - YENİLƏNİB
16 fevral 2017 16:45 (UTC +04:00)

Tanınmış rejissor Şahin Zəkizadə vəfat etdi - YENİLƏNİB

0
Rejissor Şahin Zəkizadə vəfat edib. Bu barədə APA-ya Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu məlumat verib. O bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.
 
Qeyd edək ki, Ş. Zəkizadə qan xərçəngindən əziyyət çəkirdi. 

14:25

 

Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılıb. Lent.az rejissorun müalicə olunduğu Tədris Terapevtik Klinikası ilə əlaqə saxlayıb. Xəstəxananın baş həkimi Adil Nuriyev Lent.az-a açıqlamasında bildirib ki, rejissorun vəziyyəti ağır olaraq qalır, o, hazırda reanimasiya şöbəsindədir. 

 

Baş həkim bildirib ki, rejissorun ölümü ilə bağlı yayılan xəbərlər doğru deyil. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 619

Oxşar yazılar