Qazaxda fərdi ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın rayon mərkəzindən 43 km aralıda yerləşən Kəmərli kəndində baş verib.
Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub. Evə bitişik tikililər yanğından mühafizə olunub.