Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanıb. Lent.az-ın Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, yaxınlıqdakı "Hyundai" markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Nərimanov rayonunda isə vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.