Paytaxtda növbəti yanğın hadisəsi qeyd olunub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 50 m2 sahədə və mətbəxdə olan stol-stul yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.