Bu barədə APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, avtoqəza axşam saatlarında Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə magistralının 32-ci kilometrliyində baş verib. “Palsüd” şirkətinə məxsus 42 AC 939 dövlət nömrə nişanlı “Ford” markalı yük maşını Saatlı rayonu Əhmədbəyli kənd sakini 1975-ci il təvəllüdlü Rzayev Rza Xudaş oğlunun idarə etdiyi “VAZ 2107” markalı FP 053 tranzit nömrəli avtomobil və “BMW” markalı 10 OU 923 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ 2107 markalı avtomobilin sürücüsü və həmin avtomobildə sərnişin olan 1963-cü il təvəllüdlü Rzayeva Zeynəb Qaçay qızı (sürücünün qardaşı arvadı) ağır vəziyyətdə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.