Sabirabad rayonu, Nəsimi kəndində vətəndaşa məxsus, ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının tavanı 35 kv.m sahədə yanıb.
Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.