Sabirabad rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə bu gün saat 11.00 radələrində Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb. Rayonun Osmanlı kənd sakini, 1969-cu il təvəllüdlü Bayramov İlqar Həmid oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Axtaçı kənd sakini, 1982-ci il təvəllüdlü Əkbərov Seyran Mərifət oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri Seyran Əkbərov hadisə yerində dünyasını dəyişib. Digər sürücü İlqar Bayramov Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisəyə səbəb “VAZ 2107” markalı avtomobilin qəfildən yola çıxması olub.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.