Sabirabadda 5 ay əvvəl Kürdə batan müəllimin meyiti tapılıb
03 may 2015 21:58 (UTC +04:00)

Sabirabadda 5 ay əvvəl Kürdə batan müəllimin meyiti tapılıb

Sabirabadda 5 ay əvvəl suda batan orta məktəb müəlliminin meyiti tapılıb.

 

Sabirabad rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 5 ay əvvəl Kür çayında boğulan və itkin düşən Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlunun meyiti bu gün çaydan çıxarılıb.

 

Meyit Ə. Hüseynovun batdığı yerdən 3-4 kilometr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Qeyd edək ki, 05 dekabr 2014-cü ildə Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, Əhliman Hüseynov  “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Həmin vaxt  avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı xilas edilsə də, sürücünü xilas etmək mümkün olmayaıb.  Onun meyitinin axtarışları bir nəticə vermədiyindən axtarışlar dayandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56