Saatlıda eyni kənddə növbəti kütləvi zəhərlənmə
15 yanvar 2014 13:06 (UTC +04:00)

Saatlıda eyni kənddə növbəti kütləvi zəhərlənmə

Saatlı rayonunda bir ay əvvəl iki nəfərin ölümü ilə nəticələnən zəhərlənmənin baş verdiyi kənddə yenidən kütləvi zəhərlənmə olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Şirinbəy kəndinin sakinləri Elimnaz Səfərova, onun oğlanları Qurban, Namiq, qızları Səltənət, Həqiqət, nəvələri Vüsalə və Gülsüm evlərindən qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Qeyd edək ki, ötən ilin dekabrında da Saatlı rayonunun Şirinbəy kəndində bir ailənin 6 üzvü konservləşdirilmiş pomidor turşusundan zəhərlənmişdi. Onlardan 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda, 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı isə xəstəxanada dünyasını dəyişmişdi.

 

Ailənin digər üzvləri – ölən şəxslərin oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu və 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111
avatar

Oxşar yazılar