Saatlıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonunun Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.