Rüşvətə görə tutulan məmur həbsxanada öldü
22 mart 2014 16:01 (UTC +04:00)

Rüşvətə görə tutulan məmur həbsxanada öldü

0

Ötən il fevralın 4-də həbs olunan müttəhim Yusif Dadaşov 1 saylı Bakı İstintaq Təcridxanasında ölüb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, 43 yaşlı Y.Dadaşov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Salyan rayon şöbəsinin əməkdaşı olub.

 

Y.Dadaşov adıçəkilən komitənin Salyan rayon şöbəsinin müdiri Oqtay Quliyevlə bir yerdə həbs olunmuşdu. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3 və 311.3.3-cü maddələri ilə cinayət işi açılmışdı. Məmurlar korrupsiyada ittiham olunurdular. Y.Dadaşov həbsdə ikən insult keçirsə də məhkəmə onun barəsindəki həbs-qətimkan tədbirini dəyişməyib. O, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə aparılıb və orada dünyasını dəyişib. Onun iki azyaşlı uşağı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9169

Oxşar yazılar