Rusiyadan 181 azərbaycanlı deportasiya olunub
2013-cü il başlayandan bu günə kimi Rusiyadan 181 Azərbaycan vətəndaşı deportasiya olunub. Rusiya Federal Miqrasiya Xidmətinin yaydığı məlumata görə, 2013-cü ilin yanvarın 1-dən dekabrın 5-nə kimi 160 Azərbaycan vətəndaşı məhkəmənin qərarı ilə, 21 Azərbaycan vətəndaşı isə yerli Federal Miqrasiya Xidməti orqanının rəhbərinin qərarı ilə Rusiyadan deportasiya olunub. Xidmətdən bildirilib ki, bu ilin sentyabr, oktyabr və noyabr aylarında 36 nəfər Azərbaycan vətəndaşı Rusiya Federasiyasının ərazisindən çıxarılıb.
APA TV-nin xəbərinə görə, Rusiya Federal Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi 2013-cü ilin yay aylarından başlayaraq paytaxt Moskva və digər regionlarda miqrantlara qarşı “təmizləmə” əməliyyatı keçirib. Moskvada keçirilmiş “Zaslon-2” xüsusi əməliyyatı nəticəsində Rusiya paytaxtında qeyri-leqal yaşayan 3 min miqrant müəyyənləşib. Onlardan artıq 750 nəfər ölkədən deportasiya edilib. Paytaxt polisi tərəfindən aparılan araşdırmalar nəticəsində 4 mindən artıq cinayətin üstü açılıb, 327 nəfər saxlanılıb.
1378