Ramil Usubov Əfqanıstandan gəlmiş nazirlə görüşüb
18 mart 2014 19:04 (UTC +04:00)

Ramil Usubov Əfqanıstandan gəlmiş nazirlə görüşüb

Martın 18-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, R.Usubov Zarar Ahmad Osmani ilə yenidən görüşməsindən məmnunluq duyduğunu, ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin hazırda hər iki ölkə prezidentlərinin siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırıb, bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb. Daha sonra cənab Ramil Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə qısa məlumat verib. Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən general-polkovnik Ramil Usubov iki ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin yaradılması, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə aparılması məqsədi ilə "Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb.

Qəbula və ətraflı məlumata görə təşəkkür edən cənab Zarar Ahmad Osmani qarşılıqlı səfər və görüşlərin hər iki qardaş və dost ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb, qeyd olunan saziş layihəsinin tezliklə imzalanacağına əminliyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar