Ramil Usubov DİN-in qarşısında duran əsas vəzifələri açıqladı
26 yanvar 2016 15:39 (UTC +04:00)

Ramil Usubov DİN-in qarşısında duran əsas vəzifələri açıqladı

Bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasa yekun vuran daxili işlər naziri Ramil Usubov 2015-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə çevik reaksiya verilməməsi, kollegiya qərarlarında qarşıya qoyulmuş tapşırıqların tam və keyfiyyətli icra edilməməsi kimi ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdırıb, tədbir  iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

 

Nazir cari ildə respublikamızda dövlət əhəmiyyətli bir çox kütləvi tədbirlərin, o cümlədən idman yarışlarının və beynəlxalq forumların keçirilməsinin nəzərdə tutulduğunu xatırladaraq, bu baxımdan, ərazi orqanlarında, nizami polis hissələrində və Daxili Qoşun bölmələrində bütün təşkilati tədbirlərin vaxtında icra edilməsinin, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətində olmasının əhəmiyyətini vurğulayıb.

 

Bildirilib ki, dini düşmənçilik, radikalizm və fanatizm zəminində ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və onlarda iştirak edilməsi, terror fəaliyyətinin  həyata keçirilməsi, milli, sosial və dini nifrətin salınması, dini ekstremist materialların hazırlanması və yayılması kimi əməllər də vaxtında aşkar edilməli və bütün hallarda qarşısı qətiyyətlə alınmalı, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri müvafiq hüquq mühafizə və xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə aparılmalıdır.

 

Ümumən, cinayətkarlığa qarşı mübarizədə, asayişin və  daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş uğurların inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün daxili işlər orqanları daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməli, həyata keçirilən tədbirlərin effektivliyi artırılmalıdır. Cinayətkarlığın səviyyəsinin minimuma endirilməsi üçün profilaktik iş yaxşılaşdırılmalı, səmərəsi yüksəldilməli, qabaqlayıcı tədbirlər ünvanlı aparılmalıdır. Həmçinin, ailə münaqişəsi zəminində və əvvəllər məhkum olmuş şəxslər tərəfindən törədilən cinayətlərin profilaktikası gücləndirilməli, habelə, narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aparılan izahat işləri yeni keyfiyyət səviyyəsinə yüksəldilməlidir.

Ramil Usubov qarşıda duran başlıca vəzifələr olaraq, ilk növbədə, insan hüquq və azadlıqlarının etibarlı qorunmasının, xalqa xidmət funksiyalarının genişləndirilməsinin, müasir texnologiyaların tətbiqinin, qanunçuluğun möhkəmləndirilməsinin ardıcıllıqla həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

 

Daxili işlər naziri şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, əməkdaşlar və hərbi qulluqçular bundan sonra da bütün qüvvələrini ölkədə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin təmin edilməsi işini 2016-cı ildə də böyük məsuliyyət hissi ilə yerinə yetirəcəklər.          

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46