Rafiq Hüseynov: “Hər şey qaydasındadır”
14 yanvar 2014 17:13 (UTC +04:00)

Rafiq Hüseynov: “Hər şey qaydasındadır”

“Səhhətim yavaş-yavaş qaydasına düşür, get-gedə özümü lap yaxşı hiss edirəm. Bu həftədən artıq işə çıxmağa da başlamışam. Evdə otura bilmirəm, darıxıram. İşdə dostlarla görüşürəm, başım qarışır”.


 

Bu sözləri APA-ya açıqlamasında Türkiyədə əməliyyat olunan məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib.

 

Onun sözlərinə görə, səhhətində ümumi zəiflik olsa da, əməliyyat müsbət nəticəsini göstərir: “Hər şey qaydasındadır, dava-dərman qəbul edirəm. Düzdür, səsim hələ tam düzəlməyib, amma həkimlər təminat veriblər ki, əvvəlki kimi olacaq”.

 

R. Hüseynov əlavə edib ki, bu günlərdə akademik Əhliman Əmiraslanovla görüşəcək: “Əhliman müəllim xaricdə idi, ona görə görüşümüz bir az gecikdi. İki günə görüşəcəyik, ümumi müayinə edəcək və qərar verəcək ki, kimyaterapiya Bakıda, yoxsa Türkiyədə olsun”.

 

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959
avatar

Oxşar yazılar