Qurban Məmmədova hökm oxundu
06 dekabr 2013 16:05 (UTC +04:00)

Qurban Məmmədova hökm oxundu

Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Q.Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Vəkil Q.Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Sonradan istintaq orqanı tərəfindən Q.Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294
avatar

Oxşar yazılar