Bu gün gecə saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Rusiya Dövlət sərhədi avtomobil yolunun 149-cu kilometrliyində qeydə alınıb. Quba şəhər sakini, 1968-ci il təvəllüdlü Yusifov Vidadi Yusif oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Yusifova Zəminə Adil qızı, övladları 2001-ci il təvəllüdlü Eltac və 2002-ci il təvəllüdlü Samir müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətinin orta-ağır olduğunu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.