Bu gün axşam saatlarında Quba rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Mustafayev Duyğu Ziya oğlunu H.Əliyev prospektində yolu keçərkən maşın vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.