Mayın 4-də Ucar Rayon Polis Şöbəsinə müraciət edən Yuxarı Çiyni kənd sakini Elnur Kərimov aprelin 13-nə keçən gecə yardımçı təsərrüfatından 1 baş qoyununun oğurlandığını bildirib. DİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı olduqları müəyyən edilib.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından 8 qoyun, aprel ayında isə Susən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə 2 inəyini oğurlamaları da müəyyən edilib.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 28-nə keçən gecə Dələli kənd sakini Alov İbrahimovun həyətindəki tövlədən 26 qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini Valid Qürbətov və Masallı rayon sakini Ağa Əzizov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.