Qəzada ölənlərin yaxınlarını sabah DİN-də dinləyəcəklər - YENİLƏNİB
30 dekabr 2013 00:43 (UTC +04:00)

Qəzada ölənlərin yaxınlarını sabah DİN-də dinləyəcəklər - YENİLƏNİB

Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində toplaşmış bir qrup şəxs artıq ərazidən uzaqlaşıb.

 

 

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları ilə danışıqlar aparılıb və onların nümayəndələrinin sabah Daxili İşlər Nazirliyində qəbul ediləcəkləri bildirilib.

 

Məlumata görə, aksiya iştirakçıları baş vermiş qəzada yol polisini günahlandırıblar. 

 

***

Bir qrup şəxs Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində yolu bağlayaraq aksiya keçirir. Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları axşam saatlarında “Müşfiq” postuna toplaşaraq nəqliyyatın hərəkətinə və postda xidmət aparan yol polisinin fəaliyyətinə mane olmağa cəhd göstəriblər.

 

 

Aksiya keçirən şəxslərin dünən Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində keçən hissəsində baş verən dəhşətli qəzada ölənlərin yaxınları olduğu bildirilir.

 

 

Hadisə yerinə polis qüvvələri cəlb edilib.

 

Hazırda polis aksiya iştirakçıları ilə danışıqlar aparır.

 

Qeyd edək ki, dünən Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1859
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28